Xəzər Xəbər

Bakının mərkəzində gürzəyə rast gəlmə faktı barədə Zoologiya İnstitutundan AÇIQLAMA

Cəmiyyət | 14:15 • 27 May 2019
Bakının mərkəzində gürzəyə rast gəlmə faktı barədə Zoologiya İnstitutundan

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakının mərkəzində sakinlərin gürzə ilanına rast gəlməsi faktına münasibət bildirib.

İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Trend-ə bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.

Bakıda gürzə ilanının hər zaman olduğunu deyən S.Bünyatova qeyd edib ki, şəhərin mərkəzində gürzə ilanına rast gəlməkdə təəccüblü heç nə yoxdur:

"Bakıda, xüsusilə şəhərətrafı kəndlərdə gürzə ilanı hər zaman olub. Bakının Əhmədli, Xəzər rayonlarında da gürzə ilanına rast gəlinib. Hətta Botanika bağında, Zoologiya İnstitutunun öz həyətində də bu ilana rast gəlinib. Ona görə də Bakının mərkəzində gürzəyə rast gəlinməsinə təəccüblənmək lazım deyil”.

S.Bünyatova qeyd edib ki, ilanlar gəmiricilərin çox olduğu, tikintidən sonra dağılan açıq sahələrdə yayılır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti