Xəzər Xəbər

İki ay yatacaqsınız, üstəlik 18 min dollar qazanacaqsınız AĞLASIĞMAZ TƏKLİF

Cəmiyyət | 16:12 • 29 Mart 2019
İki ay yatacaqsınız, üstəlik 18 min dollar qazanacaqsınız

Amerika Milli Kosmik Agentliyi (NASA) süni cazibə qanunun sağlamlığa təsirini araşdıracaq. Agentlik bu işdə 24 nəfər könüllü axtarır.

2 ay müddətində könüllülər yatacaq və buna görə onlara 18500 dollar veriləcək.

Könüllülərdən tələb olunan yeganə məqam hər şeyi yataraq etməkdir. Araşdırma üçün 24-55 yaş arasında 12 qadın və kişi seçiləcək. Araşdırma Almaniyanın Köln şəhərindəki Alman Kosmik Mərkəzində aparılacaq.

Proses sentyabrda başlayacaq. Könüllü olmaq istəyənlər mayın 24-dək müraciət edə bilər. Müraciət edənlərin alman dilini bilməsi lazımdır. Seçiləcək şəxslər yemək yemək də daxil olmaqla, hər şeyi yataraq etməlidir. NASA mütəxəssisləri televizor izləyə və kitab oxuyabiləcək şəxslərin sıxılmaması üçün özlərinə bir hobbi tapmağı məsləhət görür.

Ümumilikdə, seçiləcək şəxslər reabilitasiya daxil olmaqla, mərkəzdə 89 gün keçirəcək. Könüllülər kosmosda astronavtlar kimi aşağı doğru 6 dərəcə meyilli olan yataqda ayaqları başlarından bir az yuxarıda yatacaqlar. Könüllülər iki qrupa ayrılacaq. Bir qrup süni cazibə qüvvəsi yaradılan otaqda müxtəlif testlərdən keçiriləcək.

Könüllülər sentrifuqa otağında yatdıqları yerdə 30 dəfə fırladılacaq. Bu testlər zamanı könüllülərin idrak qabiliyyəti, əzələ gücü, tarazlıq, ürək və damar sistemi funksiyaları nəzarətdə saxlanılacaq. Daha sonra onların nəticələri digər otaqlardakı insanların nəticələri ilə müqayisə ediləcək./publika.az

Xəbər lenti