Xəzər Xəbər

Azərbaycanda münaqişəli ailələrin sayı artır

Cəmiyyət | 09:04 • 20 Fevral 2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
"Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma ilə nəticələnir"


XəzərXəbər-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, ailələr çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin hər bir üzvü bir-biri və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir. İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.

Komitə sədrinin sözlərinə görə, təcrübə göstərir ki, ailələrin dağılmasında əsas səbəblərdən biri valideynlərin vaxtilə öz övladlarını düzgün tərbiyə etməməsidir:

"Ailəyə ciddi münasibət olmalıdır. Lakin sosial və mənəvi məsuliyyət hissi aşağı olan insanlar ailə qurduqda bir çox hallarda boşanma ilə nəticələnir. Hazırda beynəlxalq təşkilatların uşaq məsələləri üzrə qurumlarında, bir sıra ölkələrdə müsbət valideynlik təcrübəsinin formalaşdırılması məsələsi çox aktualdır".

H.Hüseynova qeyd edib ki, müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir:

"Bizə olan müraciətlərdən də görürük ki, valideynlərin övladları ilə, xüsusilə də uşağın keçid yaş dövrlərində onunla ünsiyyətində bir sıra çətinliklər yaranır. Bu da ağır fəsadlara səbəb olur. Valideynlər eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında problemlərlə üzləşirlər. Buna görə də valideynlik təcrübəsi xidmətinin göstərilməsinə ehtiyac var. Məlumat üçün qeyd edim ki, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mütəxəssislər tərəfindən valideynlərə belə bir xidmət göstərilir və bu sahədə müsbət nəticələrimiz var. Lakin daha yaxşı olardı ki, belə bir xidmət ölkə üzrə göstərilsin". (Trend)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti