Xəzər Xəbər

Bakıda ağacları kəsib yerində obyekt tikmək istədilər - FOTO

Cəmiyyət | 14:47 • 13 Fevral 2019
Bakıda ağacları kəsib yerində obyekt tikmək istədilər -

Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Qaynar xətt”inə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin "V” yaşayış massivindəki əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.

BŞİH-dən xezerxeber.az-a verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.

Xəbər lenti

Çox oxunanlar