Xəzər Xəbər

Bu il 3 regional vəkil qurumu fəaliyyətə başlayacaq

Cəmiyyət | 12:58 • 13 Fevral 2019
Bu il 3 regional vəkil qurumu fəaliyyətə başlayacaq

Bu il bölgələrdə Azərbaycan Vəkillər Kollegiyasının 3 regional bölməsi fəaliyyətə başlayacaq.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, bu istiqamətdə sürətli təbdirlər görülür:

"Hazırda Şəki, Şirvan və Sumqayıtda kollegiyanın regional qurumlarının yaradılması ilə bağlı işlər gedir. Artıq həmin qurumlar üçün lazımi binalar da ayrılıb, təmir işləri aparılır. Çalışırıq ki, bu il həmin qurumların açılışını da həyata keçirək. Bu proses daim davam edəcək. Bakı, Gəncə, Lənkəran şəhərlərində də bu cür qurumlar yaradılacaq".

Xəbər lenti