Xəzər Xəbər

Ali məktəblərə qəbulun I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Cəmiyyət | 15:56 • 8 Fevral 2019
Ali məktəblərə qəbulun I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirəcək

Mərkəzdən xezerxeber.az-a verilən məlumata görə, onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq

Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Lakin Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mütamadi onlayn sınaq imtahanları keçiriləcək. Onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə təşkil olunacaq. Ümumilikdə 5 sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

Sınaq imtahanlarına yazılış yaxın günlərdə mümkün olacaq və əvvəlcədən elan edilmiş tarixlərdə aparılacaq. İmtahanlar da müəyyən edilmiş tarix və saatlarda keçiriləcək. İmtahanda iştirak haqqı 3 manatdır.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola biləcəklər. Lakin yazılı şəkildə cavab vermək tələb olunan açıq tipli tapşırıqların qiymtələndirilməsi imtahan verənlərin özləri tərəfindən aparılacaq. Məlum olduğu kimi açıq tipli tapşırıqlar əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir. Meyarlarda tapşırığın mümkün doğru cavabları və abituriyentlərin verdiyi cavabların hansı balla qiymətləndirilə biləcəyi əksini tapır. Abituriyentlər öz cavablarını meyarlarla müqayisə edib özlərinə qiymət yazacaqlar. Bu imkan, eyni zamanda abituriyentlərin, eləcə də müəllimlərin meyarlar əsasında tapşırıqları qiymətləndirmə vərdişlərinin formalaşmasına kömək edəcək. Qiymətləndirilmə aparıldıqdan sonra abituriyentlər həm qapalı, həm də açıq tipli tapşırıqlar üzrə topladıqları yekun bal ilə tanış ola biləcəklər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti