Xəzər Xəbər

Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı - FOTOLAR

Cəmiyyət | 11:54 • 13 Yanvar 2019
Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı -

Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində qeydə alınan bahalaşma artıq çörək və digər un məmulatlarının qiymətində də özünü göstərməyə başlayıb.



Belə ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpik artan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb.


İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq "Mehriban” unu 27 manatdan 28.50 manata, "Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, "Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.



Modern.az əməkdaşının iri mağaza və super marketlərdə apardığı müşahidələr zamanı çörək və şirniyyatların qiymətinin də bahalaşdığı məlum olub. Əvvəllər çörəyi 40 qəpiyə satanlar indi 45 qəpiyə, 45 qəpiyə satanlar isə 50 qəpiyə təklif edir. Qiymət dəyişikliyi edilməyən bəzi zavodların çörəklərində isə çəkinin azaldığı əhəmiyyətli dərəcədə görünür.


Bundan əlavə, təxminən 10 gün əvvələ qədər 40 qəpiyə satılan qoğal 60 qəpiyə, 70 qəpiyə satılan xaçapuri 1 manata, 40 qəpiyə satılan smit 60 qəpiyə, 25 qəpiyə satılan sadə bulka 40 qəpiyə, 60 qəpiyə satılan açma 75 qəpiyə, 70 qəpiyə satılan mini pizza 90 qəpiyə təklif edilir. Həmçinin, tortların da kiloqramında 1 manatadək bahalaşma qeydə alınır.


İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır:


"Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib”.



Ekspertin sözlərinə görə, şirniyyatların qiyməti yeni il ərəfəsindən etibarən bahalaşmağa başlayıb:


"Bunu həm unun bahalaşması, həm də bayramla əlaqələndirmək olar”.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti