Xəzər Xəbər

Azərbaycanda 200-dən çox yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski olan ərazidə yerləşir

Cəmiyyət | 15:35 • 7 Yanvar 2019
Azərbaycanda 200-dən çox yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski olan ərazidə yerləşir

Azərbaycanda yaşayış məntəqələrinin respublika üçün xarakterik olan təbii fəlakətlər üzrə təsnifatı aparılarkən məlum olub ki, əhalisi 2 milyon nəfərdən çox olan 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski şəraitində fəaliyyət göstərir.


Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Azərbaycan ərazilərinin əhalinin məskunlaşması və təsərrüfatın inkişafı üçün zəlzələ hadisəsinin risk dərəcəsinə görə rayonlaşdırılması aparılıb. Müəyyən edilib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin daha çox ziyan vurduğu rayona 2 milyon nəfərdən çox əhalisi olan 395 yaşayış məntəqəsi daxildir. Buraya 58 qəsəbə və Bakı-Abşeron arxipelaqını əhatə etməklə Bakı və Sumqayıt şəhərləri, 27 yaşayış məntəqəsini əhatə edən Abşeron inzibati rayonu, 61 yaşayış məntəqəsini əhatə edən Zaqatala, 54 yaşayış məntəqəsini əhatə edən Balakən, 63 yaşayış məntəqəsini əhatə edən Şamaxı, 111 yaşayış məntəqəsini əhatə edən İsmayıllı, 79 yaşayış məntəqəsini əhatə edən Ağsu bölgələri və Gəncə şəhəri daxildir:


"Azərbaycanın iqtisadi gücünün - sənaye istehsalı potensialının 80 faizdən çoxu bu rayonda cəmlənib. Rayon əsasən, 8-9 ballıq zəlzələ zonasında yerləşib. Respublika ərazisində hər il orta hesabla qeydə alınan 3000-3500 yeraltı təkanların 80-85 faizi bu rayonun payına düşür”.


N.Paşayev qeyd edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin çox ziyan vurduğu rayona Mingəçevir şəhəri, Gəncə-Qazax (Gəncə şəhəri istisna olmaqla), Şəki-Zaqatala (Zaqatala və Balakən istisna olmaqla) və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonları daxildir. Bu rayonda əhalisi 1,2 milyon nəfərə yaxın olan 1073 yaşayış məntəqəsi zəlzələ riski altındadır.


Əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin orta dərəcədə ziyan vurduğu rayona Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonları, Xızı və Qobustan bölgələri daxildir. Bu rayonda əhalisi 600 min nəfər olan 1227 yaşayış məntəqəsi, əsasən, dəniz səviyyəsindən 0-200 metrdən 1000-1500 m-ə qədər yüksəklikdə, 7 ballıq zəlzələ zonasında yerləşir.


Alim əlavə edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin az ziyan vurduğu rayona 1787,6 min nəfər əhalinin məskunlaşdığı 844 yaşayış məntəqəsini əhatə edən Aran iqtisadi rayonunun (Mingəçevir şəhəri istisna olmaqla) ərazisi daxildir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar