Xəzər Xəbər

Azərbaycanda qanunsuz ova görə 20 əcnəbi saxlanılıb

Cəmiyyət | 16:59 • 27 Dekabr 2018
Azərbaycanda qanunsuz ova görə 20 əcnəbi saxlanılıb

Bu il Azərbaycanda 200-dən çox yerli, 20 xarici vətəndaş qanunsuz ov etdiyinə görə saxlanılıb.

Bunu "Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

Departament direktorunun sözlərinə görə, ov qaydalarına riayət etməyən xarici vətəndaşlar yüksək məbləğdə cərimələnib, bəziləri isə ölkədən deportasiya edilib: "Bu il insanların ən çoz qanunsuz ov başında tutulduğu il olub. Lakin bu, bu il daha çox pozuntunun olması demək deyil. Sadəcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları öz işlərinə daha məsuliyyətlə yanaşıblar".

H.Əlizadə qeyd edib ki, nazirlik tərəfindən mətbuatda restoranlardan birində oxlu kirpinin ətindən istifadə edilməsi barədə yazılan məlumat da araşdırılıb: "Məsələ araşdırılaraq bu əməli törədən şəxslər müəyyən edilib. Onlara qarşı cəza tətbiq olunub". (Trend)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti