Xəzər Xəbər

Alimlər: Parkinson xəstəliyi bağırsaqlarda başlayır

Cəmiyyət | 10:09 • 7 Noyabr 2018
Alimlər: Parkinson xəstəliyi bağırsaqlarda başlayır

ABŞ-da aparılan yeni tədqiqatlar göstərib ki, Parkinson xəstəliyi bağırsaqlarda başlayır. Tədqiqatçı alimlər əlavə ediblər ki, apendiks (kor bağırsaq) beyin hüceyrələrini məhv edən zəhərli proteinlərin mənbəyi kimi Parkinson xəstəliyi ehtimalını artırır. Kor bağırsağı kəsilib götürülən insanlarda bu xəstəliyə yaxalanma ehtimalı da azdır.


AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Miçiqandakı Van Andel Universitetində aparılan tədqiqatlar zamanı müalicəsi olmayan bu xəstəlikdən əziyyət çəkən 1,7 insanın son 50 ildə tərtib olunmuş xəstəlik tarixçəsi araşdırılıb. Tədqiqatların "Translational Medicine” jurnalında dərc olunmuş nəticələrinə görə, Parkinson xəstəliyi bağırsaqlarda başlayır və apendisit əməliyyatı olan insanların xəstələnmə ehtimalı 20 faiz azdır.


Məlum olduğu kimi, qalın bağırsağın çıxışında yerləşən apendiks heç bir funksiyası olmayan orqandır. Tədqiqatlar göstərib ki, onun içərisində olan "alfa sinüklein” adlı zəhərli protein Parkinson xəstələrinin beyin nahiyəsində də mövcuddur. Lakin alimlər bildiriblər ki, sözügedən xəstəlik sırf bu problemlə əlaqəli deyil və apendiksin kəsilməsi onu tamamilə aradan qaldırmır. Zəhərli proteinin məhz bağırsaqlarda böyüyərək "Vaqus” sərhədi (ağciyər-mədə sərhədi) vasitəsilə beyinə keçməsi faktı da sübut olunub.


Tədqiqat qrupunun üzvü Vivian Labriye bildirib ki, bu nəticələr əsasında insanlara Parkinson xəstəliyindən uzaq olmaq üçün apendisit əməliyyatı olmağı tövsiyə etmək düzgün deyil. "Alfa sinüklein”i nəzarətdə saxlamaq üçün daha çox proteinin yaranmasının qarşısını almaq daha ağlabatandır. Onun sözlərinə görə, bu səbəbdən Parkinson xəstələri tez-tez mədə-bağırsaq problemlərindən şikayət edirlər.


Britaniyadakı "Parkinson's UK" təşkilatının üzvü Kleyr Beyl qeyd edib ki, xəstəliyin bağırsaqlardan başlaması ilə bağlı tədqiqatın nəticələri mühümdür. O əlavə edib: "Bu, inqilabi bir kəşfdir və Parkinson xəstəliyinin qarşısının alınmasına, habelə onun müalicəsinə kömək edəcək”.


Tədqiqatlar zamanı bütün insanların apendiksində "alfa sinüklein” proteini olduğu müəyyən edilib. Parkinson xəstələri ilə sağlam insanların protein tərkibi tamamilə fərqlidir. Eyni zamanda, alimlər hesab edirlər ki, nədən insanların yalnız bir qisminin Parkinson xəstəliyinə tutulması səbəblərini öyrənmək üçün zamana ehtiyac var.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti