Xəzər Xəbər

Dünyada ilk dəfə “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub

Cəmiyyət | 15:46 • 2 Noyabr 2018
Dünyada ilk dəfə “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub

Dünyada ilk dəfə olaraq "Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub.


Xezerxeber.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçay şəhərində "Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda keçirilən respublika elmi-praktik konfransında deyib. Akademik bildirib ki, dünyada ilk dəfə alimlərimiz "Azərbaycan gülöyşəsi” nar sortunun genomunu oxuyub və genom məlumatlar ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınıb.


A.Əlizadə vurğulayıb ki, AMEA ilə BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində ilk dəfə olaraq Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatlarının xəritələşdirilib. Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb.

Xəbər lenti