Xəzər Xəbər

Bakıda iş axtaranlara ŞAD XƏBƏR

Cəmiyyət | 14:42 • 2 Noyabr 2018
Bakıda iş axtaranlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir ayda Bakının Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai və Xəzər rayonlarında səyyar əmək birjaları keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, həmin rayonların ayrı-ayrı məntəqələrində müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı barədə məlumatlar verilib. Müraciət edən işsiz və işaxtaran vətəndaşlara 305 müəssisə üzrə 1320 vakansiya təklif olunub.

Birjalara müraciət edənlərdən 127 nəfərə vakansiyalar üzrə müvafiq müəssisələrə göndəriş verilib. 43 nəfər peşə hazırlığı və ya əlavə təhsil kurslarına, 71 nəfər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.

Xəbər lenti