Xəzər Xəbər

Ayaq qoxularına çarə tapıldı - Bunları edin

Cəmiyyət | 12:51 • 27 Oktyabr 2018
Ayaq qoxularına çarə tapıldı - Bunları edin

Ayaqdan gələn qoxu həm ayaqqabıdan, həm də ayaqlarımızdan qaynaqlana bilər.

İlk öncə təzə ayaqqabı alarkən qoxusuna fikir verin. Sintetik materialdan olan ayaqqabının qoxusu xoşagəlməz olur. İyindən qurtulmağın əsas yolu isə sodadan istifadə etməkdir.

Evdə yemək sodası yoxdursa, uşaq pudrası, un, aktivləşdirilmiş kömür və hətta dəniz duzu da istifadə edilə bilər.

Bəzən xoşagəlməz qoxunun səbəbi ayaqqabı yox, ayaq olur. Bu, xüsusilə də, gün ərzində ayaq üstə olan adamlarda müşahidə olunur. Ayaqlar tərləyir, dəridən çıxan tər isə ayaqqabıya hopur.

Ayaqlara vanna etmək də çıxış yolu ola bilər. Bu zaman vanna ediləcək suya təzə dəmlənmiş çay tökülməli və ayaqlar 5-10 dəqiqə həmin suda saxlanılmalıdır.

Apteklərdə isə qoxu və tər əleyhinə dərman vasitələri də satılır.

Daha bir təklif, ayaqlara xına qoymaqdır ki, bu da tərləmənin qarşısını alır./metbuat.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti