Xəzər Xəbər

Bakıda bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!

Cəmiyyət | 10:54 • 5 Oktyabr 2018
Bakıda bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 6 oktyabr axşam saat 11:00-dan 7 oktyabr səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, növbəti gün, yəni 7 oktyabr axşam saat 11:00-dan 8 oktyabr səhər saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.


Bu barədə XəzərXəbər-ə Avtomobil Yolları Dövlət Agentliyindən -məlumat verilib.


"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik" -deyə, məlumatda qeyd olunub.

Xəbər lenti