Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü
şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var.
Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın
rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli
intensiv olacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı
var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təşkil edəcək.