Xəzər Xəbər

`Azərsu`: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Cəmiyyət | 12:02 • 19 Sentyabr 2018
`Azərsu`: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu il 21 rayonun içməli su ilə təchizatını yaxşılaşdıracaq.

Bu barədə özəl olaraq Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq: " Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq. Ümumilikdə 2018-ci ildə dövlət investisiya layihələri də daxil olmaqla "Azərsu” ASC tərəfindən icra olunan layihələr çərçivəsində 21 rayonunun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq".

Xəbər lenti