Xəzər Xəbər

Qidanın miqdarı deyil, qəbul saatı daha vacibdir

Cəmiyyət | 16:29 • 11 Sentyabr 2018
Qidanın miqdarı deyil, qəbul saatı daha vacibdir

Yuxu bioritminin pozulması və ya düzgün qidalanmama əvvəllər alimlərin hesab etdiyi kimi orqanizm üçün bir o qədər də

təhlükəli deyil.

ABŞ-ın Solka Bioloji Tədqiqatlar İnstitutunun alimləri bu qənaətə gəliblər.

Mütəxəssislər bildiriblər ki, insan və heyvan orqanizmində özünün "bioloji saatı” ilə çalışan genlər var. Bu genlərdən bəziləri gündüz, bəziləri isə gecə işə düşür. Birincilər həzmə cavabdeh, ikincilər isə yara sağaldıcı keyfiyyətə malikdirlər. İndiyədək hesab olunurdu ki, gündəlik bu tsikl pozulduqda orqanizmin metabolizm prosesində də müəyyən dəyişikliklər baş verir. Lakin, alimlər sübut ediblər ki, rejim dəyişikliyi səbəbindən meydana çıxan bu pozuntuların fəsadları orqanizm tərəfindən on saat ərzində aradan qaldırılır.

Tədqiqatlar zamanı mütəxəssislər iki qrup siçovulun sutkalıq rejimində, xüsusilə də qidalanmalarında bəzi dəyişikliklər ediblər. Belə ki, birinci qrupdakılar daima yeməklə təmin olunarkən, digərləri hər on saatda bir dəfə qidalandırılıblar. Nəticədə birinci qrupdan olan siçovullar sürətlə kökəliblər. Onların çəkisi ilə yanaşı, qanlarında şəkərin miqdarı da artıb. İkinci qrupdakıların isə çəkisi dəyişməyib və onlarda sağlamlıq problemləri yaranmayıb.

Bununla da alimlər belə nəticəyə gəliblər ki, qidanın nə vaxt qəbul edilməsinin heç bir fərqi yoxdur-bu saat altıya qədər və ya sonra ola bilər. Burada əsas məsələ qidanın miqdarını məhdudlaşdırılması deyil, müəyyən yemək tsikli üzrə yeməkdir./Azərtac

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti