Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta
ixtisas təhsili müəs¬sisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu
gün saat 23:59-da başa çatır.
İxtisas seçmək hü¬ququ olan
abitu¬ri¬yent orta ixtisas təhsili müəssisələ¬rinin dövlət hesabına və
ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu¬nu seçib
www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən
"Abituri¬yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və
təsdiqləməlidir.
Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar.