Avtonəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-
Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci
kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində
yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri
aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən xəbərə görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən
diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına
əməl etmələri xahiş olunur.