Xəzər Xəbər

Təzyiq ölçən tonometrlərə güvənməyin Səhv göstərir

Cəmiyyət | 12:40 • 14 Avqust 2018
Təzyiq ölçən tonometrlərə güvənməyin

Əksər hipertoniklərin istifadə etdiyi təzyiq ölçən aparat – tonometrlər çox vaxt düzgün işləmir.

Bu barədə məlumatı kanadalı alimlər yayıb.

Kanadalı alimlər evdə təzyiq ölçən tonometr cihazları üzərində 1 illik tədqiqatlardan sonra bu nəticəyə gəliblər ki, 70% aparatlar düzgün olmayan rəqəmlər göstərir və insanları çaşdırır. Bu isə ağır təzyiq xəstələri üçün çox təhlükəlidir. Təzyiqin monitorinqi kritik vəziyyəti düzgün qiymətləndirməlidir ki, xəstəni ölümdən və komadan xilas etmək mümkün olsun. Bu isə evdə təzyiq ölçməyə adət etmiş insanlar üçün risklidir. 5-10 mm fərqdə aşağı və ya yuxarı rəqəm göstərən tonometrlər xəstəni və həkimi yanıldır.

Tonometrlə düzgün davranmamaq, əl-qolun hərəkəti, manjetin bərkidilməməsi, pasiyentin çəkisi, emosional vəziyyəti belə rəqəmə təsir edir. Yəni, xəstə özü tonometrlə düzgün davranmaya bilər.

Ev tonometrləri ilə təzyiq ölçərkən bunlara mütləq əməl etmək lazımdır:

-Qolunuzu havada tutaraq yox, bərk hamar səthə qoyaraq ölçün.

-Təzyiqi ölçərkən sakit olun, tərpənməyin, danışmayın.

-Cihazın manşeti ürək bərabərində olmalıdır. Əgər aşağı olsa, təzyiq yüksək göstərəcək.

-Manjet köynək və geyim üzərindən bağlanmamalıdır.

-Çəkinizə və qolunuzun ölçülərinə uyğun manjetlər seçin.

-İldə bir dəfə aparatımızı kliniki təzyiq aparatı ilə müqayisə etməklə yoxladın.

-Təzyiqi 2 dəfə ölçün, hər dəfə 7 dəqiqə fasilə verməklə. Bu əzələ və damarların əvvəlki vəziyyətinə qayıtmasın üçün lazım olan vaxtdır. /Medicina/

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti