Xəzər Xəbər

ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarının normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb

Cəmiyyət | 17:12 • 25 İyul 2018
ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarının normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb

Bu gün Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən xezerxeber.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd olunub ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.

Xəbər lenti