Xəzər Xəbər

Agentlik Bakı və Sumqayıtdakı yarmarkalara baxış keçirdi

Cəmiyyət | 15:25 • 14 İyul 2018
Agentlik Bakı və Sumqayıtdakı yarmarkalara baxış keçirdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında apardığı monitorinqlər çərçivəsində iyulun 14-də Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalara baxış keçirilib, satışa çıxarılan məhsulların mənşə sənədləri yoxlanılıb, eyni zamanda, laborator müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülüb.

AQTA-nın Kommersiya və İnformasiya Texnologiyaları Şöbəsindən  XəzərXəbər-ə bildiriblər ki, agentliyin mütəxəssisləri yarmarkalarda keçirilən monitorinqlərin ilkin nəticələrini – məhsulların qablaşdırma, daşınma və satış şəraiti ilə bağlı aşkarlanan nöqsanları diqqətə çatdırıb. Monitorinqlər zamanı aparılan maarifləndirmə işləri çərçivəsində, satışla məşğul olan vətəndaşlara qida təhlükəsizliyi qaydaları ilə bağlı, istehlakçılara isə məhsul seçərkən qida təhlükəsizliyi sahəsində diqqət edilməli xüsuslar haqqında məlumatlar verilib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi ötən həftədən etibarən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqlərə başlayıb və monitorinqlərin nəticələri ilə bağlı ictimaiyyətə mütəmadi şəkildə məlumatlar çatdırılır.

Xəbər lenti