32 nömrəli (Səməd
Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə
sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərXəbər-ə
verilən məlumata görə, hazırda marşrutun müvəqqəti istismarını həyata
keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun
fəaliyyətində müəyyən çətinliklər yaradıb və vətəndaşların haqlı
narazılıqlarına səbəb olub.
Məsələ
ilə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada avtobusların
sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb
edilməsi, eyni zamanda Agentliyin və müvafiq qanunvericiliyin
tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi tapşırılsa da, hər hansı
bir təsirli tədbir görülməyib. Son vaxtlar marşrutun fəaliyyəti ilə
bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olurdu.
Dəyişikliyə
əsasən marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin
tələbatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik
daşıyıcı tərəfindən həyata keçiriləcək.
Məcburi köçkünlər üçün
salınmış "Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan
istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut
xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət
sxeminə əsasən bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə
Mərkəzindən - "Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.
Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.