Xəzər Xəbər

Bu eynəklər ziyanlıdır - Diqqət!

Cəmiyyət | 10:30 • 9 İyun 2018
Bu eynəklər ziyanlıdır -

Yay mövsümündə gün eynəkləri ən dəbdə olan aksesuara çevrilir, lakin insanlar imkan daxilində ucuz və bir o qədər də keyfiyyəti olmayan gün eynəklərindən istifadə etməməlidir.


"Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə oftalmoloq-cərrah Azər Kərimov deyib. A.Kərimov qeyd edib ki, əksəriyyət ucuz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil:


"Ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdən fərqlidir. Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Bu eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur. Bunlar olmadığına görə də həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur".


Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir:


"Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Ucuz eynəklərdən istifadə edən bəzi adamlar hansısa obyekti iki gördüklərini, bəziləri isə ürəyinin sıxıldığını və s. deyə bilər. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur".


Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə hətta ucuz gün eynəklərindən daha çox zərər vurur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti