Xəzər Xəbər

Avtomobil ustalarının FIRILDAQÇILIĞI Sürücülər, DİQQƏTİ OLUN!

Cəmiyyət | 16:42 • 8 İyun 2018
Avtomobil ustalarının FIRILDAQÇILIĞI

Xarab olan hissə bir tərəfdə qalır, usta avtomobilin işlək qurğusunu dəyişir. Sonra da sürücüdən "bir ətək” pul alır.

Bu yazımızda sürücülərlə avtomobil ustaları arasında yaşanan problemdən söhbət açacağıq.

Avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ ustaların insafına qalıb:

"Avtomobilin dərdi tam başqa bir şeydir, amma usta bilmədiyi üçün başqa hissələrini dəyişir. Kiməsə şər atmaq da günahdır, amma belə hallar olur. Sürücülərə məshət edərdik ki, ustadan qayıdan avtomobildə nasazlıq düzəlməzsə, ona pul verməsinlər. Məsələn, servis avtomobildə 100 manatlıq hissə dəyişdikdən sonra problem hələ də varsa, dəyişilən hissənin pulu ödənilməməlidir. Problem həll olunmayıbsa, sürücü niyə pul ödəməlidir?!”.

Hüquqşünas Tağı Hüseynov isə əlavə edib ki, sübuta yetirə bilmədiyimiz üçün qeyd olunan hadisələr bu gün də sürücülərin başına gəlir:

"Avtomobili ustaya təhvil verən zaman öncədən yoxlatdırmaq lazımdır. Hansı hissədə problem olduğunu müəyyənləşdirdən sonra təmirə göndərmək olar. Belə hallarda çox vaxt ustanın başı üstündə durmaq məsləhət görülür. Ümumiyyətlə, bunu sübuta yetirmək olmur. Avtomobil ustansının bilərəkdən, yaxud da bilməyərəkdən etdiyini anlamaq olmur. Sübut etsək belə, 100, 200 manatlıq ehtiyat hissəyə görə məhkəməyə müraciət etmək mənasızdır. Məhkəmə uzun bir prosesdir. Ora gedib-gəlmək insanın çox vaxtını alır. Ona görə də, sürücülərə avtomobillərini güvənli olduğu üçün servislərdə, yaxud tanıdıqları ustalara düzəltdirmələrini məsləhət görürük”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti