Xəzər Xəbər

Naxçıvanda hava proqnozu elektron qaydada çatdırılacaq

Cəmiyyət | 09:58 • 6 İyun 2018
Naxçıvanda hava proqnozu elektron qaydada çatdırılacaq
Muxtar respublikada hava məlumatları və proqnozlar artıq avtomatlaşdırılmış üsulla elektron qaydada hazırlanacaq.


XəzərXəbər-in məlumatına görə, bunun üçün yerlərdə müasir texnologiyaların quraşdırılmasına başlanılıb. Yeni avadanlıq vasitəsilə 7 parametr üzrə məlumatlar veriləcək. Meteoroloji məlumatların kənd təsərrüfatı, fövqəladə hallar, meşə təsərrüfatı və digər sahələrdə çox böyük əhəmiyyəti var. Bu günə qədər məlumatlar ənənəvi üsullarla ictimaiyyətə və təşkilatlara çatdırılırdısa, bundan sonra muxtar respublikada fəaliyyət göstərən meteoroloji stansiyalardan avtomatlaşdırılmış şəkildə ötürüləcək.


Avtomatlaşdırılmış meteostansiyalar Finlandiyanın "Vaysala” şirkətinin istehsalıdır. Qurğu vasitəsilə hava haqqında məlumatlar birbaşa internetə ötürüləcək. Daim yenilənən məlumatları veb serverdən izləmək mümkündür. Avtomat meteostansiyaları ilk olaraq Culfa şəhərində quraşdırılıb. Naxçıvan şəhərində isə bu istiqamətdə iş davam etdirilir. Qurğular yaxın zamanda muxtar respublikanın rayonlarındakı digər stansiyalarda da quraşdırılacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti