Kür və Araz
transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının
çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq
həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən XəzərXəbər-ə
verilən məlumata gröə, may ayının II ongünlüyündə Kür çayında suyun
sərfi may ayının I ongünlüyünə nisbətən 54 m3/san artaraq 427 m3/san
təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və
Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan
məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri
nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının
normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5,
Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə,
Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi
bütün məntəqələrdə 7.66-8.04 mq/l arasında olmaqla sanitar norma
daxilində dəyişib.