Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

Cəmiyyət | 10:32 • 27 May 2018
Bu günün havasından xəbəriniz olsun!
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə  verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.


Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti təşkil edəcək.

Xəbər lenti

Çox oxunanlar