Xəzər Xəbər

Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır

Cəmiyyət | 10:37 • 25 May 2018
Sürücülərin diqqətinə:
Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard Zorge küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.


"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Xəbər lenti