Xəzər Xəbər

Nazirlik fermerlər üçün təlimlər keçirir

Cəmiyyət | 12:42 • 19 May 2018
Nazirlik fermerlər üçün təlimlər keçirir
Kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə müşavirə, seminar və təlim kursları keçirilir.


Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, bununla əlaqədar tərtib olunmuş qrafik üzrə Aparatın Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov, Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Asif Tağiyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin dosenti Xaliq Xəlilov, Baş Dövlət Texniki Nəzarət Xidmətinin baş məsləhətçisi Polad Mikayılov və "Aqrolizinq” ASC-nin baş mütəxəssisi Xaməmməd Məmmədovdan ibarət mütəxəssis qrupu Zərdab və Ağcəbədi rayonlarında pambıq istehsalçıları və fermerlər üçün təlimlər keçiblər.



Təlimdə pambıq istehsalçılarına nəzərdə tutulan tədbirlər çərçivəsində pambıq bitkisinin vegetasiyası müddətində aqrotexniki tədbirlərin düzgün təşkil edilməsi, əkin sahələrində gübrələmə, suvarma, kultivasiya, texnikadan düzgün və səmərəli istifadə, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki qaydalara riayət edilməklə becərilmənin aparılması, yığımın təşkili və s. istiqamətdə vacib marifləndirmə işləri aparılıb.



Təlimdə həmçinin, yerli mexanizatorlara kənd təsərrüfatı texnikalarından düzgün istifadə edilməsi qaydaları tarla şəraitində əyani şəkildə göstərilib, fermerlərin sualları ətraflı şəkildə cavablandırılaraq mövzu ətrafında diskussiyalar aparılıb.

Bununla yanaşı Zərdab rayonunda da barama istehsalı ilə məşğul olan vətəndaşlarla görüş təşkil edilib, baramaçılığın inkişafı ilə əlaqədar onlara müvafiq tövsiyələr verilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar