Xəzər Xəbər

Səngəçal-Çeyildağ yolu yenidən qurulur

Cəmiyyət | 11:20 • 19 May 2018
Səngəçal-Çeyildağ yolu yenidən qurulur
Bakının Qaradağ rayonu ərazisindəki Səngəçal-Çeyildağ avtomobil yolu yenidən qurulur.


Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən XəzərXəbər-ə  bildirilib ki, 24 kilometr uzunluğa malik Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir.

Layihəyə görə, yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr nəzərdə tutulub. Yenidənqurma işlərinə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, dolğu işləri aparılaraq 52 min kubmetr həcmdə yeni yol yatağı inşa olunur. Artıq yolun 4 kilometrlik hissəsində yeni yatağın inşası yekunlaşdırılıb.

Bundan başqa, yolun normativ eninin alınması məqsədilə torpaq yatağının genişləndirilməsi və dağ yamaclarının kəsilməsi işləri də aparılır. Həmin işlərə paralel olaraq 20 santimetr hündürlükdə yol əsasının alt layı da tikilir, 2 kilometrlik hissədə bu işlər artıq başa çatıb. Bunun ardınca isə 15 santimetr hündürlükdə əsasın üst layının tikintisinə başlanılacaq. Əsasın alt və üst layının tikintisi 100 min kubmetrdən artıq həcmdə icra olunacaq.

Qeyd olunub ki, layihə boyu 38 ədəd müxtəlif diametrli suötürücü boru yerləşir. Lakin borular köhnəldiyindən bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətinə salınmasına zərurət yaranıb. Artıq bu çərçivədə 3 boru təmir olunub, 700 mm diametrli 1 köhnə boru isə sökülərək yerində 1250 millimetr diametrli yeni dəmir-beton boru tikilib. Eyni zamanda, yolboyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid boruların inşası aparılır.

Torpaq işləri tam olaraq bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq yolun asfaltlanması işlərinə başlanılacaq, yola alt və üst lay olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Asfalt-beton örtüyün eni 7 metr nəzərə alınmaqla bu işlər yolun 150 min kvadratmetrdən çox sahəsində aparılacaq. Bütün işlər mövcud tikinti və norma qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə görülür. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Layihə işlərinin sonuncu mərhələsində yolboyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Yolun yenidən qurularaq payız aylarında vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar