Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə
zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında
mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 25-30, Bakıda
gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi normadan aşağı 750 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz
45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 9-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava
şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə
dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci
yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun
temperaturu 14-16 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava
şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə
dəyişkən buludlu olacağı gözlənilir. Zəif cənub küləyi əsəcək, günün
ikinci yarısında mülayim şimal, şimal-şərq ilə əvəz olunacaq. Dəniz
suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın
rayonlarında mayın 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı gözlənilir. Gecə
və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın
temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz
15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 9-da Abşeron
yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü
gözlənilir. Havada olan durğunluq qaz qarışıqlarının səpələnməsi üçün
əlverişsizdir. Bu da bəzi insanlarda narahatlıq yarada bilər.