Xəzər Xəbər

17 marşrutun hərəkət sxemi dəyişdi

Cəmiyyət | 09:54 • 23 Aprel 2018
17 marşrutun hərəkət sxemi dəyişdi
Bu gündən Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.


Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, 125 nömrəli marşrut xəttinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq.

Xəbər lenti