Xəzər Xəbər

Yüksək miqdarda alkoqol qəbulu ölümü yaxınlaşdırır

Cəmiyyət | 14:17 • 14 Aprel 2018
Yüksək miqdarda alkoqol qəbulu ölümü yaxınlaşdırır

Həftə ərzində alkoqoldan istifadənin 100 qramdan artır olması ölümü yaxınlaşdırır. Alimlər alkoqol istifadəsinə meylli olan 600 min nəfər üzərində tədqiqat aparıblar. Onların 50 faizini 100 qramdan, 8 faizini isə 350 qramdan çox içənlər təşkil edib. İştirakçılardan 40 mindən çoxu sonralar ürək-damar xəstəliklərindən vəfat edib, 39 min nəfərində isə həmin xəstəliklərin əlamətləri müşahidə olunub.


AZƏRTAC "Mir 24" saytına istinadla xəbər verir ki, araşdırmalar nəticəsində mütəxəssislər həftədə 100 qramdan 200 qrama qədər alkoqol qəbulunun ömrü yarım, 200 qramdan 350 qrama qədər qəbulunun bir ya iki, 350 qramdan çox qəbulunu dörd-beş il qısaltdığı qənaətinə gəliblər.


«Tədqiqatın nəticələri göstərir ki, alkoqolun faydası haqqında yayılan bəzi söz-söhbətlərə baxmayaraq, onun qəbulunun orqanizmə heç bir faydası yoxdur", – deyə Şeffild Universitetinin ürək-damar xəstəlikləri üzrə professoru Tim Çiko söyləyib.


Əvvəllər Fransa və Kanadadan olan alimlər alkoqolun qədərsiz istehlak edilməsi ağıl zəifliyinin inkişafı riskini artırdığını sübut ediblər. Onlar əvvəllər on minlərlə demensiya diaqnozu qoyulanlar xəstələrdən 38, 9 faizinin alkoqol istifadəsindən, 17,6 faizinin isə alkoqolizmdən əziyyət çəkdiyini müəyyənləşdiriblər.

Xəbər lenti