Xəzər Xəbər

“Soyuq hava şəraitində viruslar artır” Baş infeksionist

Cəmiyyət | 14:55 • 12 Fevral 2018
“Soyuq hava şəraitində viruslar artır”

Qarın yağması virusların yayılmasını artırır.

Bunu Oxu.Az-a Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, əksər viruslar mənfi yeddi dərəcəyə qədər davamlıdır.

"Lakin "qar yağsa və soyuqlar olsa, viruslar öləcək” deyimi düzgün deyil. Əksinə soyuq havalarda, qış fəsillində, virus xəstəlikləri, kəskin respirator xəstəliklərin sayı artır”.

Baş infeksionist qeyd edib ki, soyuq yox, isti hava şəraiti viruslar üçün daha təhlükəlidir:

"Günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır. Lakin xəstəliklər isti iqlim qurşaqlarında, tropik zonalarda yağışlar dövründə nisbətən artır. Buna da səbəb yağışdır. Yağış yağan zaman hava soyuyur, nəticədə virusların qalma dövrü bir qədər artır”.

Cəlal İsayev əlavə edib ki, ölkəmizdə xəstəliklərə yoluxma daha çox noyabr ayının sonlarından başlayıb soyuq düşənə qədər, yəni təxminən martın ortasına qədər davam edir:

"Ümumiyyətlə, soyuq hava şəraitində insanın immun sistemi zəifləyir, lakin qışda insanın immun sistemin zəifləməsin əsas səbəblərdən biri meyvə-tərəvəzdən geniş istifadə etməməsidir. Yəni bu aylarda həmin qidalar ya olmur, yada çox aşağı keyfiyyətdə olur”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar