Xəzər Xəbər

Alimlər ömrü uzatmağın SİRRİNİ TAPDILAR

Cəmiyyət | 11:29 • 11 Fevral 2018
Alimlər ömrü uzatmağın

ABŞ alimlərinin araşdırmalarına görə, bədən temperaturu yaşayış müddəti ilə bağlıdır.

XəzərXəbər publika.az-a istinadən bildirir ki, hormonal dəyişikliklər insan orqanizmində ona gətirib çıxarır ki, o hər zaman soyuqdan donur. Bu, böyük narahatlıq yaradır, lakin məlum olub ki, sağlamlıq üçün faydalıdır.

Vaşinqton Universitetinin mütəxəssisləri sübut ediblər ki, daim üşütmədən əziyyət çəkən insanlar bir qayda olaraq daha çox yaşayırlar. Hormonal dəyişikliklər səbəbindən onların orqanizmində metabolizm ləngiyir. Bu da enerji və bədən istiliyini saxlamağa imkan verir.

Ekspertlərin bu tədqiqatının gedişində o da sübut olunub ki, kalori istehlakının azaldılması ömrü uzadır. Eksperiment zamanı 24 və 50 yaş arasında olan kişilərə və qadınlara termometr həblər verilib. Qrupun bir hissəsi gündəlik kalori qəbulunu 25% azaldıb, digərləri isə qida rasionunu azaltmayıb, amma əvəzində idmanla fəal məşğul olub. Temperaturun aşağı düşməsi təkcə kalori istehlakının azaldığı qeydə alındığı birinci qrupun iştirakçılarında müşahidə olunub. Alimlər orqanizmin bu iş prinsipinə əsaslanaraq, ömrünün uzadılması üçün preparatlar yaratmağı planlaşdırırlar.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti