Xəzər Xəbər

Gündüz yuxusu təhlükəli xəstəliyin nişanəsidir

Cəmiyyət | 17:13 • 30 Yanvar 2018
Gündüz yuxusu təhlükəli xəstəliyin nişanəsidir

Gündüz vaxtı yuxulu olan insanlar Alzqeymer xəstəliyinə daha meyilli olurlar.

Vaşinqton Universitetinin tibbi işçiləri bu qənaətə gəliblər.

Araşdırmada orta hesabla 66 yaşlarında olan 189 nəfər iştirak edib. Alimlər fitnes trekerlərin yardımı ilə iki həftə ərzində onların bioloji fəallığını izləyiblər. Bundan əlavə, beta-amilodların (Alzqeymer xəstəliyini yaradan peptidlər) müəyyənləşdirmək üçün maqnit rezonans tomoqrafiyanın köməyi ilə baş beyinin şəkilləri çəkilib.

Alimlər müəyyən ediblər ki, beynin işini pozan amiloid lövhəli insanlar gecə pis yatır və gündüz yuxulu olurlar.

Bundan əvvəl amerikalı yuxu mütəxəssisi Mettyu Uolker gündüz yatmağın insan orqanizminə mənfi təsiri barədə danışmışdı. O, təsdiqləyib ki, gündüz yuxusu beyinə də, orqanizmə də faydalıdır. Ancaq, bununla belə, «çubuğun iki tərəfi» ola bilər: insanlar gündüz «yuxunu toplayır», bu da gecə yuxusunun pozulmasına gətirir./faktxəbər

Xəbər lenti

Çox oxunanlar