Xəzər Xəbər

Qışa hazırlıq: SÜRÜCÜLƏR, OXUYUN! Soyuq havalarda bunu etməyin

Cəmiyyət | 16:39 • 26 Yanvar 2018
Qışa hazırlıq: SÜRÜCÜLƏR, OXUYUN!

Yağışlı-qarlı hava avtomobil idarə edən sürücülər üçün bəzi çətinliklər yaradır.

Belə ki, avtomobili kimi soyuq havaya hazır olmayan bəzi sürücülər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur.

Avtomobil ustası Əli Sultanov açıqlamasında avtomobillərin qışa hazırlığı ilə bağlı sürüclərə bəzi məsləhətlər verib.

"Soyuq havalarda əsas avtombilin soyutma sistemidir – antifriz. Şaxtalı havalarda şüşətəmizləyici suyun içərisinə donmayan maye əlavə etmək lazımdır. Əksər sürücülər şüşənin suyuna bu mayedən əlavə etməyi unudur. Unutmamaq məsləhətdir.

Soyuq, qarlı havada axşam maşını saxlayan zaman əl əyləcindən istifadə etmək olmaz. Çünki əl əyləcini çəkən zaman detallar sıxılır. Səhər onu buraxan zaman əyləcin salonda olan hissəsi yerinə qayıtsa da, daxildəki qurğular qayıtmır. Nəticədə əyləc sistemi kilidlənir.

Səhər avtomobilə minən zaman şüşəsilən qurğulara diqqət etmək lazımdır. Soyuq havalarda onlar avtomobilin şüşəsinə yapışır. Bu isə şüşəsilənin kiçik mühərrikini yandırır.

Yağıntılı havada avtomobil sürüşməsin deyə avtomobilin təkərləri yaxşı olmalıdır. Bu səbəblə, qarlı havada sürücülərə qış təkərlərindən istifadə məsləhət görülür”./ Metbuat.az

Xəbər lenti