Muxtar respublikada
2017-ci ildə 5715 uşaq doğulub, 1963 ölüm hadisəsi qeydə alınıb, təbii
artım 3752 nəfər, doğum göstəricisi 12,6, ölüm göstəricisi 4,3, 1 yaşa
qədər uşaq ölümü 8 nəfər olmaqla, 1,4 promilli təşkil edib.
XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında deyilib.
Bildirilib
ki, muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini
kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə
yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim
briqadaları ötən ildə fəallıq göstərib, çox sayda insanın yerlərdə
müayinə-müalicə işini təşkil edib, mədəniyyət işçiləri arasında süd vəzi
xərçəngini vaxtında aşkarlamaq üçün kütləvi profilaktik müayinələr,
ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı
uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif
şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı
uşaqların kütləvi oftalmoloji,stomatoloji, ortopedik, endokrinoloji
müayinələri davam etdirilib.