Xəzər Xəbər

Azərbaycanda UNİKAL ÜRƏK ƏMƏLİYYATI

Cəmiyyət | 16:04 • 19 Yanvar 2018
Azərbaycanda

Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat icra edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkim komandası tərəfindən icra edilib.

Belə ki, Azərbaycanda bu günə kimi Posterior Muskulyar mədəciklərarası çəpərin defekti diaqnozu qoyulmuş xəstələrdə açıq ürək əməliyyatı həyata keçirilirdi. Bu zaman xəstə bir həftəyə kimi xəstəxanada qalır, evə yazıldıqdan sonra isə bir ay ərzində fiziki gərginlik baxımından bir sıra məhdudiyyətlər qoyulurdu. Bu qüsur membranoz hissəyə yaxın olduğundan və üçtaylı qapaq (trikuspidal qapaq) ilə hissəvi örtüldüyündən açıq ürək əməliyyat sonrası bir sıra fəsadların müşahidə olunması ehtimalı vardı. Mədəciklərarası çəpərin defektinin qapalı üsulla bağlanması əməliyyatının unikallığı isə məhz ondadır ki, əməliyyatın növbəti günü xəstə evə yazılır, fiziki gərginlikdə məhdudiyyətlərə gərək qalmır, bundan sonra xəstə yalnız planlı kardioloji müayinələrə gəlir.

Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı Rəşad Mahmudov rəhbərliyi altında çalışan həkim pediatrik-kardioloq Mədinə Yüzbaşovanın məlumatına görə, 18 yaşlı pasiyent Bakı Ürək Mərkəzinə müraciət edib. Xəstə müayinə olunduqdan sonra onda Anadangəlmə Ürək Qüsuru: Posterior Muskulyar mədəciklərarası çəpərin defekti diaqnozu qoyulub və qapalı üsulla bağlanması uyğun görülüb. 2017-ci il oktyabrın 12-də xəstəyə ölkədə ilk dəfə bu Mərkəzdə yaradılmış hibrid əməliyyatxanada yerli və xarici mütəxəssislərdən ibarət peşəkar komanda tərəfindən iki saata yaxın davam edən Mədəciklərarası çəpərin defektinin Amplatzer cihazı ilə bağlanması icra olunub. Kəsiksiz, damardan daxil olmaqla aparılan əməliyyatdan sonra heç bir fəsadlaşma müşahidə olunmayıb, xəstə palataya köçürülüb və səhər evə yazılıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti