Xəzər Xəbər

Cücərmiş kartoflar təhlükəlidirmi?

Cəmiyyət | 16:37 • 12 Yanvar 2018
Cücərmiş kartoflar təhlükəlidirmi?

Bəzi kartofların rəng dəyişdirərək, cücərməsini əlbəttə hamımız görmüşük. Bəs bu kartofun qabığındakı cücərmə hansı səbəbə baş verir?

XəzərXəbər deyerler.org-a istinadən bildirir ki, günəş altında və ya yüksək rütubətə malik şəraitdə uzun müddət saxlanılan kartofların rəngi sarıdan yaşıl rəngə çevrilir. Bu göyərmə kartofda, bütün yaşıl bitkilərdə olan xlorofilin artdığını göstərir.

Kartof qabıqlarının bəzi hissələrində görülən yaşıl rənglər əslində normaldır, bitkilərdə xlorofilə görə bu cür ləkələr yarana bilər. Ancaq məsələ kartof olduğu üçün solanin maddəsi işə başlayır.

Bir qismi və ya hamısı yaşıl rəngə bürünmüş kartoflar, solanin maddəsi səbəbilə zəhərlənmə təsiri verə bilər. Kartofda yaşıl rəngin sıxlığı artdıqca zəhərlənmə riski də artır. Kartofun yaşıl rəngli hissələrində olan solanin maddəsinin yaranması əvvəlcə qabıqdan başlayır. Müəyyən müddətdən sonra dərinə doğru irəliləyərək, kartofun hamısını əhatə edir.

Solanin zəhərlənməsinin insanlarda ortaya çıxardığı reaksiyalar arasında ürək bulanması, baş ağrısı, qarın ağrısı, ishal və qusma sayıla bilər. Şiddətli reaksiyalar arasında isə iflic, koma və ya hallyusinasiya sayıla bilər. Yaşıl kartof hissələrinin acı dada malik olması səbəbindən çox insan və heyvan onu udmur.

Əgər kartof tamamilə yaşıldırsa və ya dadı acıdırsa, birbaşa zibilə atmaqda fayda var. Əgər yaşıl nöqtələr kiçikdirsə, yaşıl olan hissəni bıçaqla kəsib kartofu istifadə etmək olar

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti