Xəzər Xəbər

Avtobuslarda nağdsız ödəniş sisteminə keçiləcək

Cəmiyyət | 12:14 • 12 Yanvar 2018
Avtobuslarda nağdsız ödəniş sisteminə keçiləcək
Nəqliyyat vasitələri əsaslı təmir olunmalı, sürücülər mütləq tibbi müayinədən keçirildikdən sonra işə çıxmalıdırlar".

Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.

Onun sözlərinə görə, daşıyıcıların yol verdiyi nöqsanlarla bağlı BNA müəyyən tədbirlər həyata keçirəcək: "Daşıyıcı şirkətin istismarında müəyyən qədər nəqliyyat vasitələri var. Hər bir nəqliyyat vasitəsi üçün 2-3 sürücü lazım olsa da, daşıyıcılar yalnız bir sürücü işlədir. Bu da mövcud problemlərin yaranmasına səbəb olur. Baş vermiş hadisələrlə bağlı məsələlər araşdırıldıqdan sonra agentlik tədbir görəcək. Təbii ki, daşıyıcıların istismarında olan marşrutla bağlı müqaviləyə xitam verilmək şərti ilə tədbirlər olacaq".

O qeyd edib ki, bu ilin 6 ayı ərzində nağdsız ödəniş sisteminə keçiləcək: "Belə avtobuslarda qəzaların sayı minimuma enib. Çünki nağdsız ödənişli avtobusların sürücüləri daşıyıcı tərəfindən qoyulan plana işləmir. Ona görə də ötməyə ehtiyac qalmır. Çünki sırf əmək haqqı olduğuna görə sürücülər daha məsuliyyətli olurlar".

M.Abbasov eyni zamanda, sürücülərin iş rejimi ilə bağlı məsələyə baxılmalı olduğunu da diqqətə çatdırıb: "Nağdsız ödənişə keçmək üçün müqavilələr imzalanmalıdır. Sürücünü işə götürərkən mütləq şəkildə BNA ilə razılaşma əldə edilməlidir".

Xəbər lenti