6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA)
XəzərXəbər-ə verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə
avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin
qarşısınadək hərəkət edəcək.
Dəyişiklik edilməsinə səbəb qeyd
edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və
sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin
etməkdir.
Agentlikdən bildirilib ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.