"Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir.
"Azərişıq” ASC-dən
XəzərXəbər-ə verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu
kəndi ərazisində elektrik enerjisinin verilməsinin fasiləsiz təşkili
məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib.
10 kV II Subartezian hava
xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz
olunub. 0.4 kV şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər
dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM)
təmir işləri aparılıb. Əhalini keyfiyyətli və fasiləsiz elektrik
enerjisi ilə təmin etmək məqsədilə tək Füzuli
rayonunda 361 ədəd dayaq, 42000 metr naqil, 130 ədəd izolyator
dəyişdirilib. Yeni SİP kabellərinin çəkilməsi enerji itkisinin qarşısını
xeyli alıb. "Azərişıq” ASC tərəfindən Füzuli rayonunda 18 ədəd transformator məntəqəsi quraşdırılıb.
Cocuq Mərcanlı kəndinin azad edilməsi və burada həyatın yenidən bərpa olunması "Azərişıq” ASC-nin də qarşısına vəzifələr qoydu. Təcili olaraq Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq "Horadiz”
yarımstansiyasından 8 300 metr məsafədə yüksək gərginlikli 35 kVt-luq
ikidövrəli elektrik xətti çəkildi. Kənddə müasir standartlara cavab
verən 35/10 kVt-luq yeni yarımstansiya inşa edilərək sakinlərin
ixtiyarına verildi.
Bütün
kənd boyu yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4
kV-luq şəbəkə yaradılıb. Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış
binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1 000 kVA
gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd
subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator
quraşdırılıb. Ümumilikdə, "Cocuq Mərcanlı”
yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə
işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik
enerjisi ilə təmin etmək imkanına malikdir.