Xəzər Xəbər

Bakıda qazın olmamasının səbəbi bilindi Rəsmi

Cəmiyyət | 14:25 • 8 Yanvar 2018
Bakıda qazın olmamasının səbəbi bilindi

Ötən gecə Bakının Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatında məhdudiyyətlər olub.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayevin XəzərXəbər-ə verdiyi məlumata görə, buna səbəb qaztənzimləyicinin sıradan çıxması olub.

Nasazlıq gecə saatlarında baş verdiyindən, günün birinci yarısında yaranmış fasilə aradan qaldırılıb. Qaztənzimləyici yenisi ilə əvəzlənib və təbii qazın verilişi bərpa olunub.

İbrahim Kərbalayev deyib ki, qaz məhdudiyyəti Ramananın bir hissəsinə təsir edib.

Xəbər lenti

Çox oxunanlar