Xəzər Xəbər

"Bayram günlərində işıq kəsilməyəcək" "Azərişıq"

Cəmiyyət | 10:18 • 28 Dekabr 2017
"Bayram günlərində işıq kəsilməyəcək"

"Azərişıq” ASC tərəfindən bayram və qeyri-iş günləri sayılan 31 dekabr, 1-3 yanvar tarixlərində enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görüləcək.


"Azərişıq"dan XəzərXəbər-ə verilən məlumata görə, bayram günlərində "Azərişığ”ın Mərkəzi Aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.Həmçinin qeyd edilən tarixlərdə enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.


Bununla yanaşı elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı İdarələri (RETSİ), Enerji Təchizatı və Satışı İdarələri (ETSİ) və Elektrik şəbəkələri (EŞ) üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarəti gücləndiriləcək.


Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin icrası müvəqqəti olaraq dayandırılacaq.

 
Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində növbətçilik təşkil ediləcək, habelə zəruri olan mal-materialların ehtiyatı yaradılacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar