Xəzər Xəbər

Bağçalarda motivasiyalı əməkhaqqı sistemi tətbiq oluna bilər

Cəmiyyət | 13:46 • 11 Dekabr 2017
Bağçalarda motivasiyalı əməkhaqqı sistemi tətbiq oluna bilər

Qanunvericlik məktəbəqədər təhsil sistemində motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmasına yol verir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, yeni qəbul olunan "Məktəbəqədər təhsil haqqında” qanun məktəbəqədər təhsil sahəsində maliyyələşmə üçün geniş imkanlar yaradır: "Amma onun icrası üçün Təhsil Nazirliyi mexanizmlər hazırlayaraq həyata keçirməlidir".

İ.Həbibbəyli qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün motivasiyalı əməkhaqqı sistemi onun işdəki yüksək bacarığını, nailiyyətlərini, işdən sonrakı fəaliyyətini nəzərə alaraq, əməkhaqqı verməyi nəzərdə tutur.

Qeyd edək ki, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında məktəbəqədər təhsildə motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmaması əsas çətinliklərdən biri kimi göstəririlir.

"Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti