Xəzər Xəbər

Bakıda 3-cü sinif şagirdi məktəbi qarışdırdı Valideynlər uşaqlarını dərsə buraxmadılar

Cəmiyyət | 14:39 • 28 Noyabr 2017
Bakıda 3-cü sinif şagirdi məktəbi qarışdırdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 14 nömrəli tam orta məktəbdə 3-cü sinif şagirdlərinin valideynlərinin uşaqlarını dərsə buraxmaması ilə bağlı məlumatlara münasibət bildirib.

XəzərXəbər xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3e sinif şagirdi Məhəmmədhəsən Sadıqzadənin davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3ç sinfində oxumasına narazılıqlarını bildiriblər:

"Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq məsələ öz həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıblar. Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3-ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək".

Xəbər lenti

Çox oxunanlar