Noyabrın 14-də "Həzi Aslanov” stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq.
XəzərXəbər xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qurumdan
bildirilib ki, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq,
qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma
həddinə çatdığı üçün aparılacaq.
Təmirin gələn ilin fevral ayında
başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən
istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər
digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.
"Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.