Xəzər Xəbər

Astanadan Bakıya uçan təyyarə geri qayıtdı

Cəmiyyət | 10:25 • 22 Oktyabr 2017
Astanadan Bakıya uçan təyyarə geri qayıtdı

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problemə əlaqədar geri qayıdıb.

Bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, avialayner Bakı vaxtı ilə saat 22:56-da ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər.

Təyyarənin göyərtəsində 90 sərnişin olub.

Xəbər lenti